Bakıda "avtoş"luq edən sürücü DYP maşınlarının görüntüsünü çəkib qarğış etdi - VİDEO

Bakıda avtoxuliqanlıq hərəkətləri və digər ağlasığmaz hərəkətlər edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az">Avtosfer.az-ın əldə etdiyi görüntülərdə sürücü idarə etdiyi 99-VG-845 qeydiyyat nişanlı "Kia" markalı avtomobillə paytaxtın Heydər Əliyev prospektində və kənar dairəvi yolda manevr və ötmə qaydalarını kobud şəkildə pozub. O, görüntülərin birində ayaqlarını pedallardan çəkərək oturacağın üzərində domuşuqlu vəziyyətdə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Həmçinin 99-GF-024 qeydiyyat nişanlı "VAZ" markalı avtomobillə dəfələrlə əks yola çıxaraq axına qarşı hərəkət edib, o cümlədən 190 km/saat sürətlə sürərək özünü və digər hərəkət iştirakçılarını təhlükə altında qoyub.
Sözügedən şəxs Dövlət Yol Polisi İdarəsinin həyətində çəkiliş apararaq yol polislərinə qarşı qərəzli ifadələr işlədib.
Görünür ki, dəfələrlə yol polisi əməkdaşları tərəfindən cəzalandığı üçün onlara qarşı aqressivdir.
Təbriz
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO











