Bakıda "avtoş"luq edən xanım təlimçidən TƏHLÜKƏLİ HƏRƏKƏTLƏR - VİDEO

Bakıda sürücülük təlimçisinin kobud qayda pozuntularının videosu sosial şəbəkədə yayılıb. Xanım təlimçi 99-OK-178 qeydiyyat nişanlı "Hyundai" markalı təlim avtomobili ilə etdiyi təhlükəli hərəkətləri qeydə alaraq öz sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, qayda pozuntusunu təbliğ edən xanım təlimçi tələbəni öyrədən zaman mobil telefondan istifadə edərək həm öz fikrini, həm də tələbələrin fikrini yayındıra biləcək hərəkətlərə yol verib. Bununla yanaşı o, tələbəyə yolda necə hərəkət etməli olduğunu öyrətmək əvəzinə, musiqiyə yüksək səs verərək "avtoş" yetişdirdiyini bildirib.
Xanım təlimçinin paylaşdığı videoların arasında 10-FY-257 qeydiyyat nişanlı "Chevrolet" markalı təlim avtomobili ilə yarışa çıxması da əks olunub. Digər görüntüdə isə Mehdiabad qəsəbəsi ərazisində qoşa xəttin tələbini pozaraq əks istiqamətdə axına qarşı hərəkət edib.
Qeyd edək ki, sürücülük təlimçiləri öz hərəkətləri ilə həm tələbələrə, həm də digər sürücülərə nümunə olmalıdır.
Fərid
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB











