Bakıda “avtoşluq” etdiyinə görə saxlanılan sürücü narkoman çıxdı - 1 aylıq həbs - RƏSMİ - VİDEO

Paytaxtda avtoxuliqanlıq edərək “şou” göstərən sürücü həbs olunub. Avtosfer.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli bildirib ki, avtoxuliqanlıq hərəkətləri edərək polisin qanuni tələbinə riayət etməyən 55-BC-245 dövlət nömrə nişanlı “VAZ-2103” markalı nəqliyyat vasitəsinin sürücüsü Bağışlı Rəvan Rizvan oğlu yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı B.Rəvanın narkotik vasitənin təsiri altında avtomobili idarə etdiyi məlum olub.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmə tərəfindən sürücü - Bağışlı Rəvan 1 ay müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










