Bakıda bahalı avtomobillərin yarış şousu - VİDEO - YENİLƏNİB

Qaydalar 31 Avqust 2024 12:18 Oxunub 564
Bakıda bahalı avtomobillərin yarış şousu - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair görüntülər polis tərəfindən araşdırılır.

Avtosfer.az xəbər verir ki, bu açıqlamanı oxu.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli verib:

"Sosial şəbəkədə yayılmış videogörüntü ilə əlaqədar hazırda Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır".

***

Bakıda sürücülər bahalı avtomobillərini yarışdırıblar.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, "Range Rover" və digər bahalı avtomobil markalarının sürücüləri ötmə əməliyyatı edərək yollardakı hərəkət iştirakçıları üçün təhlükə yaradıblar.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh