Bakıda "bərkgedən" məmur yol polisinin üstünə "protiv" sürdü - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün videogörüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində birtərəfli hərəkət təşkil edilmiş yolun əksi istiqamətində hərəkət edib. O, axına qarşı gedərək qarşıdan gələn 99-YP-512 qeydiyyat nişanlı YPX avtomobilinin üzərinə sürüb. Bundan sonra sürücü təhlükəsizlik adacığının üzərinə çıxaraq oradan sağa dönüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə 10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Çingiz Qədimova məxsusdur. O, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini və həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.
Yayılan görüntülərə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən münasibət bildirilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, həmin vaxt ərazidə tıxac olduğundan yol polisi əməkdaşları sürücünün dayandırılması üçün qarşıdakı naryadlara məlumat verib. Bundan sonra qarşıdakı yol polisi əməkdaşları tərəfindən həmin sürücü saxlanılaraq inzibati qaydada məsuliyyətə cəlb olunub.
Fərid
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi











