Bakıda bəzi sürücülər qanuni parkinqin girişində avtomobil saxlayırlar - VİDEO - AÇIQLAMA

"Qış parkı"nın altında yerləşən dayanacağın girişindən kimlərsə qanunsuz olaraq avtomobil saxlayırlar".
Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə yazılıb.
Qeyd olunub ki, artıq xeyli vaxtdır ki, vəziyyət belədir və bu qanunsuzluğa görə heç bir tədbir görülmür.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanladıq.

İdarənin bölmə rəisi Toğrul Nəsirli sorğuya cavab olaraq bildirib ki, sözügedən ərazidə yol hərəkəti qaydalarını pozan sürücülər barəsində DYP əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülür.
"Mövcud qanunvericiliyin tələblərinə əsasən, parkinq girişlərində nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və öz növbəsində inzibati məsuliyyət yaradır. Təəssüflər olsun ki, bəzi sürücülər hətta parkinq olan yerdə belə dayanma-durma qaydalarına riayət etmirlər.
Yol polisi tərəfindən bu istiqamətdə nəzarət tədbirləri həyata keçirilir. Sürücülərdən xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər"- deyə T. Nəsirli vurğulayıb.
(oxu.az)
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










