Bakıda bir ayda 15 min adam cərimələnib

Yanvar ayı ərzində Bakıda 15 min nəfər piyada keçidlərindən istifadə etmədiyi üçün məsuliyyətə cəlb edilib. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, təmsil etdiyi qurum piyadaların piyada keçidlərindən istifadə etməsi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir: “Bakıda hazırda 70-dən artıq yeraltı və yerüstü piyada keçidi var. Paytaxtda avtomobil yollarında baş verən qəzaları təhlil edərkən məlum olub ki, onların 60 faizini piyada vurma hadisələri təşkil edir. Bunlar isə piyada keçidlərinin yaxınlığında baş verir. 2016-cı ildə Bakı şəhəri üzrə 138 min piyada keçidlərdən istifadə etmədiyi üçün cərimələnib”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












