Bakıda bloqerlərin təhlükəli yol macərası: Səkkiz nəfər bir avtomobildə - VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozaraq video çəkib paylaşan bloqerlər barəsində tədbir görülüb. Avtosfer.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Oxu.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb. Araşdırmalar nəticəsində qayda pozuntusuna yol verən sürücü polis əməkdaşları tərəfindən müəyyən edilib. Faktla bağlı sürücünün barəsində inzibati protokollar tərtib olunub və tədbir görülüb.
****
Bakıda bir qrup bloqer yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi təhlükə altına atıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bloqerlər törətdikləri qayda pozuntusunu videoya çəkərək sosial şəbəkədəki izləyiciləri ilə paylaşıblar. Onlardan biri hərəkətdə olan avtomobildə səkkiz nəfərin olduğunu bildirib. Bu isə qanunvericiliklə müəyyən edilmiş normadan xeyli artıq sərnişindaşıma olmaqla yanaşı, həm də sürücünün diqqətini yayındıran əsas amillərdən biridir. Bundan əlavə, avtomobilin sükanı arxasında olan şəxs daxil olmaqla heç bir sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi qəza zamanı ölüm riskini dəfələrlə artıran ciddi qayda pozuntudur.
"Range Rover"lə hoqqabazlıq edib yol polisindən qaçan sürücü HƏBS EDİLDİ - VİDEO
Geriyə dönənlərin zolağına girən sürücü düzünə sürüb qaydaları pozdu - VİDEO
Saatlıda narkotik çəkən vəsiqəsiz sürücü 30 günlük HƏBS EDİLDİ
Motosikleti az qala vuran sürücü cavabıyla özünü gülməli vəziyyətə saldı - VİDEO
Zolağa necə gəldi girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı - 99-KO-880 - VİDEO
Yük avtomobilinin sürücüsü əks yola çıxıb maşınların üzərinə sürdü - VİDEO
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO
Sərxoş vəziyyətdə avtomobil idarə edib sürət həddini aşdı – Saxlanıldı - FOTO
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı - VİDEO
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO











