Bakıda bu il 8 min sərxoş sürücü tutulub - Aralarında xanımlar da var

"Cari ilin əvvəlindən bu günə qədər 8 mindən çox sərxoş sürücü yol polisi tərəfindən saxlanılıb". Avtosfer.az azvision.az-a istinadən bildirir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. DYP rəsmisi bildirib ki, şəhərdə keçirilən reydlər zamanı xeyli sayda sərxoş sürücü aşkarlanıb: "Sərxoş sürücülərə daha çox sutkanın qaranlıq vaxtında rast gəlinir. Ümumilikdə, sərxoş halda avtomobil idarə edənlər arasında xanımlar da olur".
V.Əsədov sürücülərin diqqətinə çatdırıb ki, içkili avtomobil idarə edən sürücü həm özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.
Qeyd edək ki, avtomobil idarə etmək hüququ olan şəxs ilk dəfə içkili halda saxlanılıdıqda 400 manat cərimə və ya 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum edilir. Əgər həmin şəxs cərimə olunduqdan sonra ikinci dəfə içkili halda saxlanılsa, 2 il müddətinə sürücülük hüququndan məhrum edilir. Bununla bərabər ya 400 manat cərimə olunur, ya da 15 günədək inzibati həbs olunur.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












