Bakıda bu sürücünün pozmadığı qayda qalmadı - 11 bal 260 manat - VİDEO

Qaydalar 10 Dekabr 2021 12:20 Oxunub 4600
Bakıda bu sürücünün pozmadığı qayda qalmadı - 11 bal 260 manat  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün hərəkətləri avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99-ZR-356 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü dekabrın 9-da paytaxtın Zabrat yolunda müxtəlif qayda pozuntuları törədib. Belə ki, sürücü öncə qırmızı işıqda dayanmadan hərəkət edir, daha sonra həmin yolun müxtəlif yerlərində qoşa xəttin tələbini pozaraq əks istiqamətli zolaqda hərəkət edir.

Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntuları arasında zaman kəsiyi olduğu üçün o, hər qayda pozuntusuna görə ayrılıqda məsuliyyətə cəlb oluna bilər.

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh