Bakıda daha bir qoçu sürücü: qəza şəraiti yaradıb yolu kəsdi - VİDEO
Qaydalar 6 May 2021 16:30 Oxunub 15544
Bakıda daha bir qoçu sürücü: qəza şəraiti yaradıb yolu kəsdi - VİDEO

Bakıda daha bir yol kəsən sürücünün görüntüsü avtomobildəki kameraya düşüb. Avrosfer.az xəbər verir ki, 99-PX-252 qeydiyyat nişanlı avtomobilin sürücüsü mayın 4-ü paytaxtın Ziya Bünyadov prospektində (Koroğlu metrostansiyasının yaxınlığında) yolun sağ kənarından qəfil sola manevr edərək həmin zolaqla hərəkət edən sürücüyə qəza şəraiti yaradıb. Özü yol verməli olduğu halda ona yol verməyən avtomobilin qarşısını kəsən sürücü maşından düşərək mübahisə etməyə başlayıb. Müxtəlif bəhanələr gətirən sürücü özünü haqlı hesab edərək yoluna davam edib.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh