Bakıda daha bir sərnişin avtobusda kobud hərəkətlər etdi – VİDEO

Bakıda daha bir sərnişinin avtobusda kobud davranışını əks etdirən video yayılıb. Aprelin 28-də səhər saatlarında Bakının mərkəzi küçələrindən birində hərəkətdə olan “BakuBus” avtobusundan istifadə edən sərnişin qaydaları kobud surətdə pozub. Videonu Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a təqdim ediblər. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib ki, sərnişin ciddi qayda pozuntusuna yol verməklə həm də özünü təhlükəyə atıb: "Təqdim olunan video görüntüdə cavan oğlan digər nəqliyyat vasitələri kimi, avtobusun da svetoforda saxlamasını qəbul etməyərək qapını açmağa çalışır və ancaq fövqəladə hadisələr zamanı sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə edərək, avtobusun qapısını açıb yolun ortasında düşür. Bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin öz həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə atobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yartmış olur. Təəssüf ki, onun bu hərəkətlərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər.
İctimai nəqliyyatdan istifadə edən hər bir kəs qanunla müəyyən edilən qaydalara əməl etməlidir. Sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və heç kimin sərnişin avtobuslarından şəxsi nəqliyyat vasitəsi kimi istifadə etməyə ixtiyarı yoxdur.
Bu və bir neçə gün bundan əvvəl 61 nömrəli marşrut xəttində baş verənlər bir daha sərnişindaşıma xidmətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün sərnişinlər arasında ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik və davaranış qaydaları ilə bağlı müxtəlif maariflənirici tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu göstərir. Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə bütün lazımi tədbirləri yerinə yetirməkdədir".
Bakı Nəqliyyat Agentliyi bir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri təhlükəsizlik qaydalarına əməl etməyə və öz həyatları ilə yanaşı, yol hərəkətinin digər iştirakçılarına təhlükə yaratmamağa çağırır: "Sərnişinlərimizdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xahiş edirik".
Emin
Sol zolaqdakı maşını sıxışdırıb qəza şəraiti yaratdı - 77-VF-202 - VİDEO
Sürücü keçidi keçən qadına yol verməyib təhlükə yaratdı - VİDEO
Avtobusda təhlükəli anlar: Gənclər qapıdan sallanaraq həyatlarını riskə atdı - VİDEO
Qırmızı işıqdan yayınan sürücü əks yola çıxıb qarşıdan gələnlərə maneə yaratdı - VİDEO
Bütün sürücülər qaydaları ondan öyrənib: "40 manat cərimə olunmuşam" - VİDEO
Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər - VİDEO
Tıxacda qalmamaq üçün sağ zolağa keçən sürücü avtomobillərin yolunu kəsdi - VİDEO
Əks istiqamətə çıxıb yolu kəsən sürücü 150 manatlıq qayda pozdu - 10-OJ-999 - VİDEO
Prospektdə “BYD” sürücüsü yolu “yarış zolağına” çevirdi - 90-YC-116 - VİDEO
Öz “qaydaları” ilə hərəkət edən sürücü əks yola çıxıb qırmızı işıqda keçdi - VİDEO
Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə - VİDEO










