Bakıda daha bir sürücü qaydaları pozdu - VİDEO

Paytaxtın mərkəzi küçələrinin birində sürücü avtomobilini velosiped zolağında park edib.
Avtosfer.az xəbər verir ki, qayda pozuntusu Mirzəağa Əliyev küçəsində qeydə alınıb.
Avtomobilini velosiped zolağında saxlayan sürücü yol hərəkəti qaydalarını pozub.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli Baku.ws-ə bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu gün yenə də velosiped zolağında avtomobilini saxlayaraq bu tip nəqliyyat vasitələrinin hərəkətinə mane yaradırlar:
"Videogörüntü ilə əlaqədar olaraq araşdırma aparılmış və sürücü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görülmüşdür. Qeyd edim ki, Azərbaycan Respublikasının İXM-nin 346.7-ci maddəsinə əsasən velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə - 2 cərimə balı və yüz manat məbləğində cərimə nəzərdə tutulub".
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










