Reklam

Bakıda sürücüdən xanıma qarşı kobudluq: "Çırpacam biləcəksən...." - VİDEO

Qaydalar 15 Dekabr 2020 19:10 Oxunub 5812
 Bakıda sürücüdən xanıma qarşı kobudluq: "Çırpacam biləcəksən...." - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Firdovsi Xəlilov adlı oxucu onun ailəsinə təhlükə yaradan sürücünün videosunu Avtosfer.az-ın elektron ünvanına göndərib.

Belə ki, 99-VD-861 qeydiyyat nişanlı avtomobilin sürücüsü dekabrın 13-ü Nizami rayonu E.Süleymanov küçəsində svetoforun qırmızı işığında hərəkət edərək görüntünü qeydə alan xanım sürücüyə təhlükə yaradıb. Həmin zaman xanım sürücünün avtomobilində iki azyaşlı övladı olduğundan o, qırmızı işıqda keçən sürücüyə məhəl verməyib. Lakin həmin sürücü yolun hərəkət hissəsində qəfildən dayanaraq xanım sürücünün yolunu kəsib. Bu zaman maneə yarandığını görən sürücü səs siqnalı verərək ona xəbərdarlıq edib.

Bundan qıcıqlanan və sükan arxasında xanımın olduğunu görüb cürətlənən sürücü ona yaxınlaşaraq haqsız etirazını bildirib. Bundan sonra xanım sürücü avtomobili söndürdüyünə görə baş verən hadisələr videoqeydiyyatçının görüntülərinə düşməyib. Amma Firdovsi Xəlilovun bildirdiyinə görə bundan sonra xoşagəlməz hadisələr yaşanıb. F.Xəlilov bildirir ki, onun yoldaşı qaydaları pozan sürücüyə “qırmızıda keçib yolumuzu kəsdin və üzr istəmək yerinə kobudluq edirsən" deyən zaman, o,daha da özündən çıxaraq "sən kimsən səndən üzr istəyim?! Günah sənin kimilərə maşın verəndədir və.s" deyib. Daha sonra xanım onun avtomobilinin şəkilini çəkmək istəyəndə, həmin şəxs yenidən təhdid edərək deyib ki, "telefonu alıb çırpacam onda biləcəksən".  

O, bununla bağlı Daxili İşlər Nazirinə şikayət ünvanlayıb. Şikayət məktubunu olduğu kimi qeyd edirik və ümid edirik ki, səlahiyyətli orqanlar bu məsələyə operativ yanaşacaq, tezliklə həmin sürücü tapılıb qanun qarşısında cavab verəcək.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh