Bakıda əks yola çıxan sürücü ölümlə üz-üzə qaldı - VİDEO
Balaxanı-Binəqədi yolunda ötmə qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, mayın 6-ı sözügedən yolda hərəkət edən 90-EP-396 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etməyə başlayıb. Bu zaman görüntünü qeydə alan sürücü təhlükəni görən anda sağa manevr edərək qəzadan yayına bilib.
Qeyd edək ki, sürücülərin əksəriyyəti elə düşünür ki, yolda 1.5 qırıq-qırıq xətt varsa istədikləri zaman ötmə və ya manevr edə bilərlər. Lakin “Yol Hərəkəti Haqqında” Qanunun 51-ci maddəsində qeyd olunub ki, sürücü ötmə edərkən əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq.
Təbriz