Bakıda ən çox maşın keçən küçələrin SİYAHISI

Son 6 ay ərzində Bakının ən çox avtomobil keçən küçəsi Üzeyir Hacıbəyov küçəsi olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, gün ərzində bu küçədən orta hesabla 44.199 avtomobil hərəkət edib.
Paytaxtın bir sıra mərkəzi küçə və prospektlərdə son altı ayda müşahidə olunan nəqliyyat vasitələrinin günlük orta statistik göstəricilərinə əsasən, 28 May küçəsindən gün ərzində ortalama 17072, Zərifə Əliyeva küçəsindən 38475, Rəşid Behbudov küçəsindən 34083 və Azərbaycan prospektindən 25018 avtomobil keçib.
Bundan əlavə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi mütəxəssislərinin müşahidə kameraları vasitəsi ilə yollarda apardıqları monitorinqlərin nəticəsi olaraq, sıxlıq müşahidə olunan küçə və prospektlərə, günün müxtəlif vaxtlarında işıqforların avtomatik iş prinsipinə müdaxilə olunaraq, onlara yaşıl dalğa əmri tətbiq edilib və nəticədə Rəşid Behbudov, Üzeyir Hacıbəyov, 28 May, Bakıxanov, Səməd Vurğun küçələrində, Neftçilər, Nobel və Bülbül prospektləri və s. istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkət intensivliyi artırılıb, yoldakı nəqliyyat yükü azaldılaraq sıxlıq tam və ya qismən aradan qaldırılıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












