Bakıda evakuatorun kobud qayda pozuntusu kameralara düşdü – VİDEO

Bakıda avtomobilləri cərimə meydançasına aparan evakuator qaydaları kobud şəkildə pozub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə ictimai fəal Bəxtiyar Hacıyev məlumat verib. B.Hacıyev deyib ki, o, yol polisi əməkdaşına və evakuator sürücüsünə bu barədə iradını çatdırsa da, vəziyyət dəyişməyib - avtomobil elə həmin istiqamətdə cərimə meydançasına aparılıb. B.Hacıyev “giriş qadağandır” nişanının tələbini pozduğu üçün evakuatora yol vermək istəməsə də, yaxınlıqdakı polis əməkdaşı ondan yol verməsini tələb edib.
Hadisə ilə bağlı Bəxtiyar Hacıyev bunları yazıb: “Hər gün 50 dəfə eyni şeyi edirlər, camaatın avtomobilini yolayrıcından 5 metr yox, 4,9 metr məsafədə saxladığına görə aparırlar, “giriş qadağandır” işarəsini 1 metr keçib park etməyə görə cərimələyirlər, amma özləri gündə 50 dəfə qaydanı pozurlar. DYP rəhbərliyi də belə edir. Telefonun batareyası qurtarırdı və başqa yerdə olmalı idim. Yoxsa, axşama qədər gözləyərdim. Əsas odur ki, bilərəkdən qaydanı pozdular yenə də, canlı yayımda olduqlarını bilə-bilə. Jurnalist dostlar DYP-dən soruşa bilərlər ki, DYP əməkdaşı niyə bilə-bilə, israrla qayda pozaraq evakuasiya edir”.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov məsələyə münasibətiti bildirib: “Qanun hər kəs üçündür, “Yol hərəkəti haqqında” Qanunla tənzimlənir. Kimliyindən asılı olmayaraq, bu tələbləri yerinə yetirməlidir. Söhbət yol hərəkətində hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrindən gedirsə, bu başqa bir məsələdir. Əgər yol polisi nizamlayıcı qismində göstəriş verirsə, təbii ki, yol polisinin siqnalları, yəni yol polisi tərəfindən verilən siqnallar, göstərişlər birmənalı şəkildə yerinə yetirilməlidir. Mən həmin video ilə tanış deyiləm. Evakuatorun hərəkəti ilə bağlı yol polisi özü şərait yaradırsa, təbii ki, digər hərəkət iştirakçıları da onun hərəkətinə yol verməlidir. Mən baxmamışam həmin videoya. Sadəcə, suallarınıza cavab vermək üçün deyirəm ki, əgər yol polisinin iştirakı ilə, göstərişi ilə avtonəqliyyat vasitəsi hər hansı formada hərəkət eləyirsə, bu qəbulediləndir. Tutaq ki, evakuator deyil, başqa bir maşındır, hamısına aiddir. Polis artıq burada nizamlayıcı qismində olur. Bəxtiyar Hacıyev bu qanunları sizdən də, məndən də gözəl bilir. Təkrar edirəm, videoya dəqiq baxmamışam, görməmişəm deyə dəqiq şərh verə bilmirəm. Daha dəqiqini videoya baxdıqdan sonra demək olar”.
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - VİDEO
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO
Xətaidə öz qanunları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Bu küçədəki səkini sürücülər parkinq kimi istifadə edir - VİDEO
Binəqədidə riskli manevrlər edən sürücü qoşa xətdən əks yola çıxdı - VİDEO
Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO
Avtomobili sıxışdırıb təhlükə yaratdı, ardınca əlini maşından çıxarıb… - VİDEO
Bahalı avtomobiliylə səkini zəbt edib piyadaları təhlükəyə atdı - VİDEO
"Vito" sürücüsü həbs edildi - VİDEO
Yolun ortasında qərar verə bilməyən sürücü dayanıb maneə yaratdı - VİDEO
Yol polisi Lənkəranda narkotik istifadə edən sürücüləri aşkarladı - FOTO










