Bakıda gecə yolkəsənlər - FOTOLAR

Əgər Binəqədi rayonu 4-cü mikrorayon ərazisində təsadüfən başınıza bir iş gəlsə və təcili xəstəxanaya getməli olsanız, sağ qalacağınızdan ümidinizi üzün. Çünki mikrorayonun dolaşıq küçələrində 10 dəqiqə ərzində yolunuzu ən azı 3 dəfə zibil maşını kəsə bilər. Zibil maşını qutulardan zibili götürmək üçün hər dəfə yolun hərəkət hissəsində dayanır, əməkdaşlar zibil qutularını maşına boşaldırlar. Təsəvvür edin ki, zibil yığanların qayda-qanuna əməl etməməsi səbəbindən təcili yardım belə yollarda ilişib qalır. Paytaxtın nisbətən dar küçələrinin əksəriyyətində eyni vəziyyətlə qarşılaşırıq.
Əslində qanunvericilikdə zibil maşınlarının fəaliyyəti necə tənzimlənir? Zibil qutularından zibilin toplanması günün hansı saatlarında məqbuldur? Yolun hərəkət hissəsində dayanıb nəqliyyatın işinə mane olmadan zibilləri yığmaq mümkün deyilmi?
Yol hərəkəti eksperti Ərşad Hüseynovun virtualaz.org-a bildirdiyinə görə, “Yol Hərəkəti haqqında” Qanunda zibil maşınlarının hərəkəti, hansı saatlarda işləməsi ilə bağlı məxsusi olaraq heç bir məlumat yoxdur. Mütəxəssis hesab edir ki, əslində bunu yol hərəkəti haqqında qaydalara gətirməyə ehtiyac da yoxdur. Zibil maşınlarının fəaliyyətini həyata keçirən qurumları, Dövlət Yol Polisi ilə, nəqliyyat məsələlərinə nəzarət edən qurumlarla uzlaşdırmalıdırlar:
“Zibil maşınlarının fəaliyyəti elə təşkil olunmalıdır ki, DYP də belə hallara müdaxilə edə bilsin. Əslində zibil maşınları şəhərdə nəqliyyatın ritminə mane olmamalı, hərəkətin az intensiv və təhlükəsiz olan vaxtlarında hərəkət etməli və qısa zamanda işini başa vurmalıdır. Bundan başqa, digər təhlükəli məqam zibil qutularının yolun hərəkət hissəsinə qoyulmasıdır. Qanunvericiliyə görə, yolun hərəkət hissəsində nəinki zibil qutusu, ümumiyyətlə, heç nə ola bilməz. Zibil qutuları təhlükəsiz yerdə, yolun hərəkət hissəsindən kənarda, hətta səkidən də kənarda olmalıdır. Öz işlərini asanlaşdırmaq üçün bəzən zibil yığanlar onları yolun hərəkət hissəsinə dartırlar”.
Ekspertin sözlərinə görə, əgər zibil maşını yolun hərəkət hissəsində dayanıb yolu bağlayıbsa, onu cərimə etmək olar. Yol polisi dayanma-durma qaydalarını pozduğuna, nəqliyyat axının hərəkətinə mane olduğuna, yolu bağladığına görə rəsmi təqdimat verə və onları 20 manat məbləğində cərimə edə bilər.
Problemi araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, suallarımıza dəqiq cavab verən tapılmadı. Zibil maşınlarının fəaliyyətini tənzimləyən Bakı Şəhər İcra Hakimiyyətinin daxili sərəncamını da tapa bilmədik. Qurumun Mənzil təsərrüfatı şöbəsindən bildirdilər ki, zibil maşınları nəqliyyatın gur olmadığı vaxtlarda zibilləri daşıyır: “Adətən səhərlər zibilləri yığırlar. Biz çalışırıq ki, gur vaxtlarda zibilləri daşımayaq. Amma hansı saatlarda zibillərin toplandığını dəqiq bilmirik”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO















