Bakıda iki zolaqlı yolun bir zolağını zəncirləyib zəbt etdilər - VİDEO

Bakıda yeni təmir olunmuş binanın həyətində sakinlər yolu zəbt ediblər. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın İnşaatçılar prospekti 138 ünvanından gedir.
Belə ki, binanın həyətindəki qaraj sahibləri darvazanın qarşısını zəncirləyərək yolun bir zolağını zəbt ediblər. Bunu etməkdə məqsəd qarajın önündə heç bir avtomobilin park edilməməsi üçündür. Onlar qarajlarının önünü kəsən sürücülərə qarşı mübarizə apardıqları halda, özləri yolun bir zolağını zəbt edərək hərəkəti məhdudlaşdırırlar.
Sözügedən binanın ətrafında yaşayan və işləyən digər sakinlər yolun zəbt olunaraq maneə yaradılmasından narazıdırlar.
Ümid edirik ki, aidiyyəti qurumlar hərəkət zolağını zəbt edən zəncirləri oradan yığışdıracaq, qaraj sahiblərini isə məsuliyyətə cəlb edəcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilə bilər.
Fərid
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO










