Bakıda karantin vaxtı "ruçnoy" çəkib "avtoş"luq edən sürücü həbs edildi - VİDEO

Ötən həftə iki günlük elan olunmuş karantin vaxtı Bakıda avtoşluq edən sürücü aşkar edildi. Avtosfer.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində ağ rəngli "Hyundai" markalı avtomobili idarə edən sürücü karantin rejimini pozaraq yolda avtoxuliqanlıq edib. O, avtomobili yüksək sürətlə idarə edərək əl əyləci ilə avtomobili fırladaraq avto şou göstərib.
Bakı şəhər DYP idarəsinin əməkdaşları avtomobili həmin gün aşkar edərək evakuator vasitəsi ilə mühafizə olunan duracağa aparıblar. Sürücü isə həbs qorxusuna görə iyunun 15-dən qaçıb gizlənmişdi.
Avtoxuliqanlıq edən sürücü Kərimov Nicat Rövşən oğlu bu gün Bakı Şəhər Baş Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi rayon 20-ci polis bölməsinə təqdim edilib. Toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndərildikdən sonra həmin şəxs barəsində qərar verilib.
Belə ki, karantin rejimini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin, avtoxuliqanlığa görə İXM-nin 511.1-ci maddəsinin və sərxoşluğun müayinəsindən boyun qaçırtdığı üçün İXM-nin 343.1-ci maddəsinin tələbini pozduğuna görə 1 ay müddətinə inzibati qaydada həbs edilərək sürücülük hüququnun 1 il müddətinə məhdudlaşdırılması ilə bağlı qərar verilib.
Təbriz
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO












