Bakıda kargo şirkəti yolu zəncirləyib – Sakinlər narazıdır - FOTO

Qaydalar 2 Aprel 2026 15:00
Bakıda kargo şirkəti yolu zəncirləyib – Sakinlər narazıdır   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonu, Məmmədəli Şərifli 25A ünvanında yolun istifadəsi məhdudlaşdırılıb. 

Avtosfer.az-a ərazidə yaşayan sakinlərdən biri göndərdiyi fotoşəkillərlə məsələni diqqətə çatdırıb.

Görüntülərdən görünür ki, “Findex” karqo şirkəti səkinin qarşısını zəncirləyərək nəqliyyat vasitələrinin dayanmasına əngəl törədib. Şikayətçinin sözlərinə görə, şirkət özünü həmin ərazini özəlləşdirərək maşınların orada dayanmasına mane olur. Nəticədə yaxınlıqda yaşayan sakinlər avtomobillərini yolun bu hissəsinə park edə bilmir.

İzləyici məsələ ilə bağlı tədbir görülməsini və ictimai yolun istifadəsinə maneənin aradan qaldırılmasını xahiş edir.

Nərmin

 

FOTO QALEREYA
Oxunub : 356
ŞƏRH YAZ
Ad

E-mail

Şərh