Bakıda kütləvi qayda pozuntusu: Yüzlərlə sürücü əks istiqamətə çıxdı - VİDEO

Paytaxtda sürücülərin pozduğu qaydalar səbəbilə yaranan sıxlıqlar daha sonra uzunmüddətli tıxaclarla nəticələnir.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin (NİİM) qarşısından sağa dönən yolda sürücülər kütləvi şəkildə qaydaları pozub.
Belə ki, saytımızın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı “Avto FM” radiosunun efirinə dəvət edilib. NİİM-nin qarşısından binanın arxasındakı parkinqə gedənə qədər sürücülərin əks yola çıxması səbəbilə təxminən 20 dəqiqə gözləməli olub.

Avtomobil idarəçiləri Heydər Əliyev prospekti ilə hərəkəti davam etdirə bilsinlər deyə, Araz küçəsində əks istiqamətdə irəliləməyə çalışan nəqliyyat vasitələrinin qarşısını kəsib. 1 gediş və 1 gəlişli zolaqdan ibarət olan küçədə sürücülər 4 zolaqlı hərəkət forması yaradıblar. Nəticədə, öz zolağı ilə hərəkət etməyə çalışan Elməddin Muradlı və digər nəqliyyat vasitələrinin idarəçiləri 20 dəqiqə sürücülərin özbaşınalığına görə vaxt itiriblər.
Qeyd edək ki, Heydər Əliyev prospektində pik saatlarda yaranan tıxacda irəliləmək üçün Araz küçəsi ilə kəsişmədən hərəkət edən sürücülər vaxtaşırı əks yola çıxaraq qaydaları pozur. Səbəb isə bu küçədə heç bir kameranın olmaması göstərilir.
Səfər
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO








