Bakıda "Priora" sürücüsü piyadanı və digər sürücüləri ölümlə üz-üzə qoydu - VİDEO

Gecə saatlarında paytaxtın Babək prospektində ölüm təhlükəsi yaradan sürücünün qayda pozunutsu kameraya düşüb. Avtosfer.az bildirir ki, 38-BE-495 nömrə nişanlı “Lada Priora” markalı avtomobilin sürücüsü sağdan ötmə edərək qəza şəraiti yaradıb. Yolun kənarında dayanıb avtomobilini təmizləyən bir nəfər gecə qaranlığında bir anda qarşısına çıxan maşının onu vurmasından qorxub ayağa qalxaraq qəzadan yayına bilib. “Lada” markalı avtomobilin sürücüsü sağdan ötmə etdiyi maşınla yanaşı, eyni yola daxil olmağa çalışan bir digər sürücü üçün də qəza təhlükəsi yaradıb. Qayda pozan sürücünün bu təhlükəli manevrləri qarşısına çıxdığı avtomobilin registratoruna düşüb. Sürücü yolda hər kəsi təhlükəyə atan bu avtoxuliqanın əməlini lentə alaraq redaksiyamıza ünvanlayıb və belələrinin ictimailəşməsini istəyib.
Aysel
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO











