Bakıda maşınların yolunu kəsən gənc oğlanın ŞOK VİDEOSU
Qaydalar 11 May 2021 16:40 Oxunub 8334
Bakıda maşınların yolunu kəsən gənc oğlanın ŞOK VİDEOSU

Günün qaranlıq saatında Bakıda yola çıxan gənc oğlan sürücülərə çətin anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, mayın 9-u paytaxtın Həsən bəy Zərdabi küçəsində hadisəni qeydə alan sürücü videonu sosial şəbəkədə paylaşıb. Belə ki, yolun ikinci zolağında dayanan piyada, avtomobillərin onun üzərinə gəlməsindən çəkinməyərək sanki intihar edirmiş kimi təəssürat yaradıb. Təhlükəni görən sürücülər sürətlərini kəskin şəkildə azaldaraq həmin piyadadan yan keçiblər. Lakin gənc oğlan yenə də yolun hərəkət hissəsində dayanaraq orada qalıb.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh