Bakıda "Mercedes"lə oyun çıxaran məhbus sürücü yenə həbs edildi - VİDEO

Qaydalar 22 İyun 2021 15:10 Oxunub 6156
Bakıda "Mercedes"lə oyun çıxaran məhbus sürücü yenə həbs edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, 99-GS-426 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü paytaxtın Babək prospekti və Xəzər rayonu ərazisində müxtəlif manevrlər edərək avtoxuliqanlıq hərəkətləri edib. Sürücü həmin hərəkətləri iyunun 21-i videoya çəkərək sosial şəbəkədə paylaşıb. 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, "Mercedes" markalı avtomobili idarə edən Lətifov İlkin Yasif oğlunun barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 1 ay müddətinə inzibati qaydada həbs edilməklə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 illik məhdudlaşdırılıb.


Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh