Bakıda olmayan nişana görə sürücülər cərimələnir - ŞİKAYƏT - FOTO

Bakıda haqsız yerə cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, paytaxtın Əsəd Əhmədov küçəsində qaydaları pozmadan dayanan zaman kamera vasitəsilə cərimə yazılır: "Əvvəllər sözügedən yolda dayanma-durmanı qadağan edən nişan olub. Lakin indi həmin nişan yerində olmadığı üçün sürücülər orada parklanma edirlər. Mən avtomobilimlə dayanan zaman kamera vasitəsilə barəmdə protokol tərtib olunub. Bununla bağlı şikayət etsəm də 2 aydır heç bir cavab əldə edə bilməmişəm. Qeydə aldığım fotodan da görünür ki, hal-hazırda dirəkdə heç bir nişan yoxdur. Olmayan nişana görə cərimə yazılması düzgün deyil" - deyə oxucu Avtosfer.az-a bildirib.
Ümid edirik ki, aidiyyəti qurumlar yaranmış həmin nöqsanı aradan qaldıracaq və sürücünün etdiyi şikayətlə bağlı araşdırma aparacaq.
Fərid
Yol verməklə arası olmayan sürücü Azneft dairəsində qaydaları pozdu - VİDEO
Tıxacda “protiv” sürən sürücü maşını səkiyə çıxardı - Baxın sonda nə oldu - VİDEO
Siqaret çəkib telefonla danışan avtobus sürücüsünü vətəndaş İFŞA ETDİ - AYNA-dan AÇIQLAMA - VİDEO
Sürücülərin diqqətinə! - Bu avtobus zolağına istənilən saatda daxil olmaq olar - VİDEO
Sürücüdən ağlasığmaz hərəkət: Maşını yolun ortasına atıb məktəbə getdi - VİDEO
Velosiped zolağını parkinqə çevirən sürücü - 90-AA-653 - FOTO
Özünə yer tapmayan sürücü ard-arda qəza şəraiti yaratdı - VİDEO
Prospektdə sol zolağı tutan yük maşını yol boyu təhlükə saçdı - VİDEO
Güzgünü “unudan” “Prius” sürücüsü qəzadan son anda yayındı - VİDEO
Xanım sürücü maşını yolun ortasında park edib mağazaya getdi - VİDEO
Maşını həm ikinci cərgədə, həm də döngədə park edən sürücü hamının yolunu kəsdi - VİDEO











