Bakıda ölüm avtobusu: Sürücü sərnişinləri birinci yığmaq üçün görün nə etdi - VİDEO
Qaydalar
16 Aprel 2021 17:30
Oxunub 2268
Marşrut avtobusunun sürücüsü yarışa çıxaraq qaydaları kobud şəkildə pozub. Onun bu hərəkəti avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, 90-HS-689 qeydiyyat nişanlı 36 saylı xətt üzrə fəaliyyət göstərən avtobusun sürücüsü aprelin 14-ü paytaxt küçələrinin birində qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. Sürücü ötmə etdikdən sonra sağ zolaqdakı avtobusu sıxışdırıb onun qarşısına keçməyə çalışıb.
Videogörüntüdən anlamaq olur ki, sürücü bu hərəkəti digər avtobusdan qabağa keçib yoldakı sərnişinləri yığmaq üçün edib.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR