Bakıda ölümə gedən "avtoş" sürücü - VİDEO - YENİLƏNİB

Paytaxtın Zabrat-Maştağa yolunda təhlükəli manevr edən "Ford" markalı avtomobilin sürücüsü danışıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlama verən sürücü Fəxriyyə Əyyubzadə bildirib ki, digər nəqliyyat vasitəsi qəza şəraiti yaratdığı və xəbərdarlığa məhəl qoymadığı üçün o da bu təhlükəli manevri etmək məcburiyyətində qalıb:
"Hadisə uşaqlarımı məktəbə aparan zaman baş verdi. Arxadan gələn avtomobil qəza vəziyyəti yaratdığı üçün məcbur olaraq belə manevr etdim".
***
09:00
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 22-də, paytaxtın Zabrat-Maştağa yolunda baş verib. Belə ki, 99-TU-863 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edən zaman qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. O, axına qarşı gedən zaman toqquşacağını görərək qəfildən sağa manevr edib. Bu zaman görüntünü qeydə alan sürücüyə də qəza şəraiti yaradıb. Bunlar az olmuş kimi həmin sürücü öz əməlindən əl çəkməyib qarşıda digər avtomobili sağdan ötərək təhlükəli hərəkətlərinə davam edib.
Fərid
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO








