Bakıda piyadaların qayda pozuntularını əks etdirən - BİABIRÇI VİDEO

Feysbokda fəaliyyət göstərən «Həyata bağlan» qrupu Bakıda piyadaların kobud hərəkətlərini, qayda pozuntularını və qəza şəraiti yaratmasını əks etdirən maraqlı videoçarx hazırlayıb. Avtosfer.az-ın məlumatına görə, qrupun video ilə birlikdə yaydığı məlumatda qeyd olunur ki, svetoforun siqnalları tək avtomobillər üçün deyil. «Yol hərəkəti haqqında» qanunun 40-cı maddəsinə əsasən, piyadalar onlar üçün nəzərdə tutulmuş svetofor olmadıqda nəqliyyat svetoforunun işıqlarına diqqət yetirməlidirlər.
İnzibati Xətalar Məcəlləsinə görə isə təkcə yolu keçiddən keçməməyə görə deyil, digər hallara görə də piyadalar məsuliyyət daşıyır.
Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması
338.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
338.1.1. piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət
edilməməsinə;
338.1.2. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən
çıxılmasına;
338.1.3. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat
vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə 20 manat məbləğində cərimə edilir.
338.2. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən
olunmayan yerdən keçilməsinə görə 20 manat məbləğində cərimə edilir.
Təəssüf ki, bizim şəhərdə bu sadə qaydaya riayət etməyən və piyada keçidlərində özünü düzgün aparmayan insanlar çoxdur. Onlar həm özünün, həm uşaqlarının, həm də sürücülərin həyatlarını təhlükə altına qoyurlar.
Gəlin, bu videonu paylaşaq ki, hər kəs maariflənsin.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













