Bakıda polislər piyadalara qarşı belə mübarizə aparır - VİDEO

Metronun ''28 may'' stansiyası yaxınlığındakı ticarət mərkəzindən çıxan piyadalar yolda nəqliyyatın hərəkətinə mane olduğundan bir müddət əvvəl bura işıqfor qurulub. Amma görünən odur ki, piyadalar bəzi hallarda işıqfora məhəl qoymur, avtomobillərin intensiv hərəkət etdiyi yoldan keçməyə can atırlar. Daha da maraqlısı işıqforun müvafiq göstəriciləri həm də səsli şəkildə elan olunur, piyadalara 'keçin" ya da ''gözləyin'' xəbərdarlığı edilir. Bununla yanaşı polislər də gün boyu dəfələrlə piyadalara yolu keçməkdə tələsməməyi tövsiyə edir.
Polis işıqfora məhəl qoymayaraq yoldan keçmək istəyənlərə dəfələrlə keçiddən keçməli olduqlarını işarə etsə də, bəzi piyadalar buna məhəl qoymurlar. Ərazidə xidmət aparan polislərdən aldığımız məlumata görə, gün ərizində burda 120-150 piyada barəsində protokol tərtib edilir. Onlar "Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin tələbini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun 20 manat cərimə olunurlar.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovdun verdiyi məlumata görə, ilin əvvəlindən aprel ayının sonuna qədər 371 min piyada qanunsuz yerdən keçdiyi üçün cərimə olunub.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












