Reklam

Bakıda "Prius" sürücüsü yol polisinin qarşısını kəsdi - VİDEO

Qaydalar 23 Sentyabr 2022 15:59 Oxunub 5236
Bakıda "Prius" sürücüsü yol polisinin qarşısını kəsdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda taksi sürücüsünün etdiyi qayda pozuntusu təhlükə ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 23-də paytaxtın Lev Landau küçəsində baş verib. Belə ki, “Uber” şirkətinə məxsus 77-DR-913 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü sözügedən küçənin sol zolağı ilə hərəkət edərkən qəfildən sağa manevr edib. Bu zaman sağ zolaqla hərəkət edən Yol Patrul Xidməti avtomobilinin qarşısına keçərək ona qəza şəraiti yaradıb.

Videodan da aydın şəkildə görünür ki, taksi sürücüsü müştərini götürmək üçün özünü və yol polisi əməkdaşını təhlükəyə atıb. Yol polisi əməkdaşının peşəkarlığı qəzadan yayınmağa imkan yaradıb.

Taksi sürücülərinə tövsiyə edirik ki, sərnişin düşürüb-mindirərkən qaydaları pozmasınlar və təhlükəsiz hərəkət etdiklərinə əmin olsunlar. Əks halda qazandığı pullarla həm cərimə ödəyəcək, həm də vurduğu ziyanı qarşılamalı olacaq.

Nərminə  Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh