Bakıda "protiv" gedən "Niva" sürücüsü avtomobillərin üzərinə sürdü - VİDEO

Qaydalar 22 May 2021 16:39 Oxunub 5184
Bakıda "protiv" gedən "Niva" sürücüsü avtomobillərin üzərinə sürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qəza şəraiti yaradan sürücünün görüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, mayın 20-i paytaxtın Binəqədi şossesində hərəkət edən "Niva" markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli zolağa çıxıb. Qayda pozmağı azmış kimi qarşıdan gələn avtomobillərin üzərinə yüksək sürətlə gedərək yoldan kənara çıxmayıb. 

Qayda pozuntusu törədən avtomobilin qeydiyyat nişanı videogörüntüdə əks olunmadığı üçün təqdim edə bilmədik. Amma ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi təhlükəsiz şəhər kameralarının görüntüsü ilə sürücünü müəyyən edərək inzibati qaydada məsuliyyətə cəlb edəcək.


Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh