Bakıda "protiv" sürən sürücülərdən ağlasığmaz hərəkət - VİDEO
Qaydalar 5 Yanvar 2021 10:00 Oxunub 602
Bakıda "protiv" sürən sürücülərdən  ağlasığmaz hərəkət  - VİDEO

Bakıda sürücülərin kütləvi şəkildə qaydaları pozma anları avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, paytaxtın Mehdi Abbasov küçəsində qoşa xəttin tələbini pozaraq sola dönən 99-CY-335 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobil qarşı zolağa çıxan iki avtomobillə üz-üzə gəlib. Bu zaman hər üç sürücü təhlükəli anlar yaşayaraq qəzadan son anda yayınıblar.
Daha sonra 10-OD-085 qeydiyyat nişanlı "Mercedes" markalı, 50-DK-474 qeydiyyat nişanlı "Hyundai" markalı, 99-OJ-086 qeydiyyat nişanlı "Chevrolet" markalı və 90-PJ-578 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillərin sürücüləri əks istiqamətə çıxaraq axına qarşı hərəkət ediblər.

Sürücülərin etdiyi hərəkət və bunun təhlükəli tərəfləri videoda öz əksini tapıb. Qəzalar da məhz sürücülərin bu cür laqeyd və arxayın davranışları nəticəsində baş verir. Təəssüf ki, bu qədər qəza, ölüm xəbərləri gələn bir zamanda sürücülər bu hərəkətlərindən daşınmırlar.


Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh