Bakıda qadın günahsız sürücünü təhqir etdi: "Səni polisə verəcəm" - VİDEO

Bəzi obyekt sahibləri satın aldıqları, yaxud icarəyə götürdükləri məkanla yanaşı ətraf əraziləri də “özününküləşdirir”. Hal belə olunca sürücülərlə sahibkarlar arasında xoşagəlməz situasiyalar yaranır.
Paytaxtın Əbdülvahab Salamzadə küçəsində də qeyd etdiyimiz halla bağlı hadisə qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, şikayətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, yaşayış kompleksindən çıxan digər nəqliyyat vasitələrinə yol vermək üçün avtomobili bir neçə dəqiqəlik yol kənarında saxlayıb. Bu zaman yol kənarındakı obyektin sahibi olan qadın ona yaxınlaşaraq ağacdan asılmış “plakat”ı göstərib və ərazidə maşın saxlamağın qadağan olunduğunu qeyd edib. Sürücünün “xanım, siz obyekti almısınız ya yolu?” sualına qadın “elə yol da, obyekt də mənimdir” deyərək cavab verib. Sürücü bununla bağlı sənədi göstərməsini tələb etdikdə isə qadın onu öncə təhqir, ardıyca təhdid edib.
Qeyd edək ki, qanunvericiliyə görə, obyekt sahibi məkan qarşısındakı ərazinin ona aid olduğunu bəyan edirsə, müvafiq sənədləri təqdim etməlidir. Əgər obyektin bu əraziyə sahib olması ilə bağlı rəsmi sənədləri yoxdursa, o zaman obyektin sahibi vətəndaşın hüquqlarını pozaraq ərazini qanunsuz zəbt edir. Bu halla qarşılaşan vətəndaş aidiyyəti qurumlara müraciət edə bilər.
Könül
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi











