Bakıda qanunsuz parklanma yeri nəzarətə götürüldü - VİDEO - YENİLƏNİB

"Paytaxtın Nizami rayonunda avtomobil parklanması üçün qanunsuz zəbt edilən həmin əraziyə polis əməkdaşları tərəfindən baxış keçirilib və nəzarətə götürülüb."
Bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov verib.
O qeyd edib ki, dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi, eləcə də neqativ halların aradan qaldırılması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
"Səlahiyyəti olmadan parklanma yerləri təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur", - deyə E.İbrahimov bildirib.
Qeyd edək ki, ötən gün Bakıda rəsmi olaraq parklanma yeri kimi nəzərdə tutulmayan, amma sürücülərdən ödəniş tələb edilən ərazilərdə avtomobillərini park edən sürücülərdən bir manat ödəniş tələb edilməsi ilə bağlı məlumat vermişdik./oxu.az
***
Bakıda hələ də rəsmi olaraq parklanma yeri kimi nəzərdə tutulmayan, amma sürücülərdən ödəniş tələb edilən yerlər var.
Avtosfer.az xəbər verir ki, həmin ərazilərdə avtomobillərini park edən sürücülərdən bir manat ödəniş tələb edilir.
Sürücülər də paytaxtın bəzi ərazilərində parklanma yeri kimi nəzərdə tutulmayan yerlərdə onlardan ödəniş tələb edildiyini bildiriblər. Sözügedən yerlərdən birində vətəndaşlardan ödəniş alan şəxs şifahi şəkildə rəhbərliyin burada olmadığını, özünün isə açıqlama verə bilməyəcəyini deyib.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tamamilə qanunsuzdur.
Vətəndaşlara qanunsuz pul tələbi ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunur. O da qeyd edilib ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub. Fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
"Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir", -deyə agentlikdən bildirilib.
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












