Bakıda qapısız, işıqsız və nömrəsiz “Niva” ilə “hoqqa verən" gənclər - VİDEO

Paytaxtın Yasamal rayonunda avtomobili nasaz vəziyyətdə idarə edən sürücünün görüntüsü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə ötən ilin oktyabr ayında Dadaş Bünyadzadə küçəsində qeydə alınıb. Belə ki, “VAZ-2121” (Niva) markalı avtomobilin sürücüsü maşını nömrəsiz, qapıları və işıqları olmadan idarə edib. Kadrdan da göründüyü kimi, sürücü təkcə özünü deyil, yan oturacaqda əyləşən sərnişini də təhlükəyə atıb.
Adətən gənc nəslin nümayəndələri maşını rəngsaza verən zaman yaxın məsafələrə sürərək adrenalin yaratmaq, yaxud “şou” göstərmək məqsədilə avtomobili nasaz halda sürürlər. Lakin onlar işin təhlükəli tərəfini görməzdən gəlirlər. Maşını qapısı olmadan idarə etmək hər şeydən öncə sürücü və sərnişinin çölə yıxılmasına və nəqliyyat vasitəsinin altında qalmasına gətirib çıxara bilər.
Maşını nömrəsiz və işıqsız halda sürmək isə qanunvericiliyə əsasən qadağandır.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










