Bakıda qatarla çörək maşını toqquşub, ölən və yaralanan var - VİDEO

Səhər saatlarında Bakıda baş verən ağır qəzadan geriyə belə görüntülər qalıb. Xəzər rayonunda dəmiryolu keçidində qatarla çörək daşıyan yük maşını toqquşub. Dəhşətli qəza nəticəsində yük avtomobilinin sürücüsü Əkbərağa Məmmədov hadisə yerindəcə dünyasını dəyişib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən deformasiyaya uğramış avtomobildən sürücünün sıxılmış vəziyyətdə olan meyidi çıxarılıb. Maşında olan digər şəxs Elnur Atakişiyev isə yaralanaraq 3 saylı şəhər klinikasına yerləşdirilib.
Dəmiryolu keçidinə az qalmış STOP və digər məlumatlandırıcı nişanlar var. Hadisənin dəqiq səbəbləri polis araşdırmasından sonra bilinəcək.
Qubada da bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saatlarında Quba-Xınalıq yolunun 55 km-də qeydə alınıb. Xınalıq kənd sakini, 48 yaşlı məmmədqasım bağırovun idarə etdiyi avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü Məmmədqasım Bağırov aldığı xəsarətdən hadisə yerində ölüb. Kənd sakinləri onun meyitinin dərədən çıxarıblar. İlkin məlumata görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












