Banner

Bakıda qayda pozan BYD sürücüsü cərimələndi - YENİLƏNİB - VİDEO

Qaydalar 28 Oktyabr 2026 19:23
Bakıda qayda pozan BYD sürücüsü cərimələndi  - YENİLƏNİB - VİDEO
WhatsApp kanalımıza abunə olun

Sosial şəbəkələrdə yayılan video görüntü ilə bağlı araşdırma aparılıb.

Avtosfer.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 88-CK-918 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, müvafiq qayda pozuntusuna görə 150 manat cərimə və 4 cərimə balı nəzərdə tutulur.

09:00

Bakıda qaydaları pozan sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Bakı dairəvi yolunun kənar hərəkət hissəsində qeydə alınıb. Belə ki, 88-CK-918 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüsü Yeni Yasamaldan çıxan zaman yolda yaranmış tıxaca düşməmək üçün qaydaları pozmağı seçib. O, bütöv xəttin tələbini pozaraq əks yola çıxıb və dayanmış nəqliyyat vasitələrini ötərək yolayrıcına qədər irəliləyib.

Sözügedən videonu təqdim edirik.

Fərid

bax.tvhttps://player.bax.tv/embed/228261.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 546
ŞƏRH YAZ
Ad

E-mail

Şərh