Qanunu pozaraq "əcəb edirəm" deyən sürücü cəzalandırıldı - RƏSMİ - VİDEO - YENİLƏNİB

Bakıda yol hərəkəti qaydalarını aşkar surətdə və qəsdən pozan, cəmiyyətə hörmətsizlik nümayiş etdirən, onu intizama dəvət edən vətəndaşlarla isə "öz qaydaları" ilə davranan sürücü barədə polis hərəkətə keçib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb.
Araşdırma nəticəsində "Changan" markalı, 99-KQ-953 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib və barəsində inzibati qaydada qanunamüvafiq tədbir görülüb./oxu.az
***15:53
Bakıda yol hərəkəti qaydalarını aşkar surətdə və qəsdən pozan, cəmiyyətə hörmətsizlik nümayiş etdirən, onu intizama dəvət edən vətəndaşlarla "öz qaydaları ilə" danışan sürücü peyda olub. Hadisə fevralın 2-də saat 18:40-da paytaxtın mərkəzində - Hüseyn Cavid prospekti ilə 1-ci Köndələn küçəsinin kəsişməsində baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a vətəndaş tərəfindən göndərilən şikayətə əlavə edilən videokadrlardan aydın olur ki, "Volkswagen" markalı avtomobil H.Cavid prospekti ilə Badamdar şosesinə doğru qaydalara uyğun hərəkətdə ikən 1-ci Köndələn küçəsindən sürətlə gələn 99-KQ-953 dövlət qeydiyyat nişanlı, "Changan UNİ-Z" markalı maşının sürücüsü kəsişmədə 2.4 yol nişanının (Yol ver) tələbinə məhəl qoymayıb.
Belə ki, o, Hüseyn Cavid prospektindən gələn nəqliyyat vasitələrinin qarşısına qəfil çıxaraq qəza şəraiti yaradıb. Digər nəqliyyat vasitəsinin sürücüsü ona qayda pozmasına dair xəbərdarlıq bildirib və intizama dəvət edib. Lakin həmin sürücü bu zaman aqressiv şəkildə irəliyə keçərək qəsdən yolun ortasında dayanıb və süni tıxac yaradıb. Ardınca isə başını pəncərədən çıxararaq, "əcəb edirəm" deyib və vətəndaşlara hörmətsizlik göstərib.
Bu küçədə 1 saatda 100 sürücü niyə cərimələnir? — DYP-dən AÇIQLAMA
Stop nişanını görməzdən gələn avtobus sürücüsü qəza riski yaratdı - VİDEO
Gecə təhlükəsiz sürüşün qaydaları BUNLARDIR
"20 Yanvar" dairəsində maşınları sıxışdıran "BakuBus" SÜRÜCÜSÜ CƏZALANDIRILDI - VİDEO
Bakıda sürücü təhlükəli manevr etdi, qəza şəraiti yaratdı - VİDEO
Yük maşını dayanacağı blokladı – Sürücülər və piyadalar çətin anlar yaşadı - VİDEO
Sumqayıtda işıqforu saymayan avtobus sürücüsü sərnişinləri təhlükəyə atdı - VİDEO
Avtoxuliqanlıq edən sürücü 15 GÜN həbs olundu - VİDEO
Xırdalanda bu binanın yanında dayanmayın: Cərimə yazılır - VİDEO
Qadın avtomobili səkidə ər-arvadın üzərinə sürüb kişini döydürdü - VİDEO
Nizamidə karqo şirkətinin yaratdığı məhdudiyyət aradan qaldırıldı - FOTO










