Bakıda “qoçuluq” edən sürücü qəza törətdi: "Vurub çənəni çıxararam" - VİDEO

Paytaxtın Hüseyn Cavid prospektində qayda pozaraq qəza törədən sürücü anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, 77-CO-872 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü işıqforda özündən öndə dayanan maşını ötmək üçün zolaqdan yol çiyninə çıxaraq qarşıdakı avtomobili sıxışdırır. Lakin işıqforun yaşıl işığı yandıqdan sonra digər sürücü ona yol vermədən hərəkətinə davam edir. Əsəbiləşən “Mercedes” sürücüsü bu dəfə avtomobilin sol tərəfinə manevr edir və dəfələrlə onu sıxışdıraraq maşınını vurur.
Daha sonra vurduğu maşının qarşısını kəsərək zərərçəkmişə “Maşınımı niyə vurursan?” deyir. Digər sürücü isə “Mən yox, sən mənim maşınımı vurdun. Yaxşı ki, kamera var. Niyə narahat olursan?” cavabını verir. Bu sözlərdən qəzəblənən şəxs “Vurub çənəni çıxararam. Maşınımı sıxa-sıxa gəlirsən” - deyə, ona qarşı nalayiq ifadələr işlədir. Lakin zərərçəkmiş sürücü sakitliyini qoruyur və aidiyyəti quruma zəng edərək yol-nəqliyyat hadisəsi barədə məlumat verir.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










