Bakıda "ruh" kimi dolaşan sürücü: Kameraya düşür, amma tapılmır - FOTO - YENİLƏNİB

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirdi ki, vət. Əkbər Yusufovun müraciəti ilə əlaqədar olaraq hazırda qeyd edilən nəqliyyat vasitəsinin müəyyən edilərək saxlanılması istiqamətində tərəfimizdən tədbirlər həyata keçirilir.
***
10:00
***
Bakıda sürücü qayda pozuntusu etmədiyi halda uzun illərdir cərimələnir. Bu barədə daimi oxucumuz Əkbər Yusufov redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Onun sözlərinə görə, 17 il əvvəl etibarnamə ilə satdığı, 10-XK-842 dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı avtomobillə törədilən qayda pozuntularına görə cərimələr hələ də onun adına yazılır.
Əkbər Yusufov bildirir ki, etibarnamənin qüvvəsi uzun müddət əvvəl başa çatdığı halda, avtomobillə bağlı bütün qayda pozuntuları və inzibati qərarlar hələ də rəsmi mülkiyyətçi kimi onun üzərinə yönəldilir. O, bu məsələ ilə bağlı dəfələrlə Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə, Sabunçu və Xətai rayon Dövlət Yol Polisi Şöbələrinə rəsmi müraciətlər etsə də, problemi həll etmək mümkün olmayıb və nəqliyyat vasitəsini idarə edən şəxs hələ də tapılmayıb.
Hazırda həmin avtomobili idarə edən şəxsin nə etibarnaməsi var, nə də avtomobil üçün icbari sığorta və texniki baxışı var. Bu səbəbdən mütəmadi olaraq texniki baxışdan yayınma və sığortanın olmamasına görə yazılan elektron cərimələr Əkbər Yusufovun adına tərtib olunur.
O, artıq illərdir davam edən bu problemin kökündən həll edilməsi üçün Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan köməklik göstərilməsini xahiş edir.
Fərid



Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO









