Bakıda şadlıq sarayının qarşısında sürücülər maşını səkidə park etdi - VİDEO

Bakıda parklanma qaydasını pozan sürücülər piyadaların hərəkətinə maneə yaradıblar. Avtosfer.az xəbər verir ki, bu barədə oxuculardan biri qeydə aldığı videonu redaksiyamızın qaynar xəttinə göndərib. Hadisə fevralın 9-da, paytaxtın Ceyhun Səlimov küçəsində ("Niel" şadlıq sarayının qarşısında) baş verib. Belə ki, yolun kənarına ödənişli parklanmanı bildirən nişan və onun üzərinə parklanma üsulunu bildirən lövhəcik quraşdırılıb. Eyni zamanda asfalt üzərinə parklanmanın sərhəddini bildirən nişanlanma xətləri də çəkilib. Lakin 77-RA-754 qeydiyyat nişanlı "Hyundai" markalı, 77-PL-075 qeydiyyat nişanlı "Changan" markalı, 77-BD-320 qeydiyyat nişanlı "Ford" markalı avtomobillərin sürücüləri səkiyə paralel deyil, bucaq altında park ediblər. Parklanma üsulu pozulduğu üçün avtomobillərin yarısı səkinin üzərində qalıb. Bu isə piyadaların hərəkətinə çətinlik yaradıb.
Bu xətaya görə, sürücüləri İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsi ilə 10 manat məbləğində cərimə gözləyir.
Leyla
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










