Bakıda səfirə məxsus avtomobil qaydaları belə pozdu - VİDEO
Qaydalar
16 İyul 2024 10:52
Oxunub 764
Bakıda səfirliyə məxsus avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 16-da, paytaxtın Bülbül prospektində baş verib.
Belə ki, 022 D 001 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü sıxlıq zamanı qabağa düşmək üçün velosiped zolağına çıxıb, daha sonra isə həmin zolaqda hərəkət edərək qaydaları pozub.
Qeyd edək ki, avtomobil Mərakeşin Azərbaycandakı səfirinə məxsusdur.
Sözügedən videonu təqdim edirik:
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR