Bakıda sürücü 80 manatlıq qaydanı iki dəfə pozdu - VİDEO

Nizami rayonu Rüstəm Rüstəmov küçəsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 17-də səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 90-FM-980 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü eyni qayda pozuntusunu təkrarlayıb. Belə ki, o, öncə işıqforun qırmızı işığına məhəl qoymadan yoluna davam edib. Bir neçə saniyəni gözləməyən sürücü az sonra yenidən eyni qaydanı pozub. O, bu dəfə işıqforun sarı işığında dayanmadan hərəkət edib.
Qeyd edək ki, sürücülər arasında bu hal geniş yayılıb. Onlar adətən işıqforun son saniyələrini gözləmədən avtomobili sürməyə başlayırlar. Nəticədə isə qəza riski qaçılmaz olur.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, bu qayda pozuntusu 80 manat və 3 balla qiymətləndirilir.
Nərmin
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO








