Bakıda sürücü avtomobili yolu zibilləyərək idarə etdi - VİDEO

Paytaxtda sürücülər yollarda qaydaları kobud şəkildə pozmaqdan çəkinmir. Bununla yanaşı Milli Məclisdə yola zibil atmaqla bağlı cərimələrin artırılması mövzusu müzakirəyə çıxarılarkən avtomobil idarəçiləri hələ də nəqliyyat vasitəsindən yola və yolun kənarlarına tullantılar atmaqda israrlıdır.
Avtosfer.az xəbər verir ki, Bakının Sabunçu rayonunda sürücü avtomobili idarə edərkən yolu zibilləyib. Görüntüləri başqa bir avtomobildən qeydə alan şəxs sosial şəbəkələrdə yayıb.
Belə ki, rayonun Zabrat qəsəbəsi ərazisində 90-ZF-757 qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin arxasından zibil dolu sellofan torba asaraq yol boyu maşını bu vəziyyətdə idarə edib.
Sosial şəbəkələrdə başqa bir avtomobilin sürücüsü tərəfindən qeydə alınan görüntülərdə “Toyota” sürücüsünün unutqanlığı səbəbilə bu halın baş verdiyini müdafiə edənlər də olub. Həmin videonu sizə təqdim edirik:
(Video: unikal)
Səfər
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










