Bakıda sürücülər bu küçədə səkini parkinqə çevirib - VİDEO

Paytaxtın şimal girişinə yaxın ərazilərdə sürücülər özbaşınalıqlarına davam edir.
Avtosfer.az xəbər verir ki, uzun müddətdir ki, Bakının Nəsimi rayonunda ərazidə yaşayan sakinlər öz avtomobillərini ürəkləri istəyən yerdə parklayır.
Belə ki, Məmmədcəfər Cəfərov küçəsində artıq vəziyyət o həddə çatıb ki, avtomobil yollarında necə gəldi maşınlarını parklayan sürücülər piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrə də göz qoyub. Avtomobillərini səkidə saxlayan sürücülər piyadaların hərəkətinə maneə yaradır.
Vətəndaş ərazinin görüntülərini redaksiyamıza göndərərək həmin küçəyə nəzarət edilməməsindən şikayətlənib. O deyib ki, dəfələrlə bu barədə sürücülərin özlərinə irad bildirsələr də, buna məhəl qoyan olmayıb və eyni əməllər təkrarlanıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə sürücülərə 60 manat məbləğində cərimə tətrib edilə bilər.
Həmin videonu sizə təqdim edirik:
Səfər
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










