Bakıda sürücüləri çaşdıran yol nişanı - Özü də taxtadan - VİDEO

Ağacın üzərində dayanmadan keçmənin qadağan olunduğunu bildirən nişana bənzər taxta vurulub. Belə vəziyyətdə sürcülər çaş-baş qalırlar. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu Salatın Əsgərova və Mərdanov qardaşları küçəsinin kəsişməsindəki yoldan gedir. Belə ki,bu ərazidə olan ağacın üzərinə nişana bənzər löhvə vurulub. Araşdırmamız zamanı məlum oldu ki, bu löhvəni elə yaxınlıqda yaşayan sakinlərin özləri vurublar. Səbəb kimi ərazidə tez-tez baş verən yol nəqliyyat hadisəsini göstərirlər.
Çəkiliş zamanı avtomobillərin bir-birilərinə yol verməkdə çətinlik çəkdiklərinin şahidi olduq. Sürücülərin sözlərinə görə, əraziyə nişana bənzər löhvənin vurulması onları çaşdırır. Çünki uzaqdan sürücülər bu löhvəni görüb əyləcə basmaq məcburiyyətində qalırlar. Ancaq yaxınlaşdıqda sürəti artırırlar ki, bu da piyada zolağından keçən ınsanların həyatını təhlükəyə atır.
Məsələyə münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyib ki, problem tez bir zamanda həll olunacaq. Həmin löhvənin yerinə yeni nişan qoyulacaq. Löhvəni ağaca özbaşına vuran şəxs də cərimə olunacaq.
Xatırladaq ki, belə şəxsləri 30-50 manat arasında cərimə gözləyir.
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT












