Bakıda sürücüyə yazılan cərimə protokolu fotoşopla düzəldilib? - RƏSMİ AÇIQLAMA - FOTO

Bakıda sürücülərdən biri avtomobili park etdikdən sonra ona cərimə protokolu gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws” avtomobilinə cərimə yazılmış şəxsə istinadən məlumat verir. Onun sözlərinə görə, ərazidə dayanma-durmanı qadağan edən nişan olmasa da, ona cərimə yazılıb. Vətəndaş iddia edib ki, cərimə protokolunda görünən nişan isə sonradan ora əlavə edilib.
Şikayətçi qeyd edib ki, cərimə yazıldıqdan sonra ərazidə çəkiliş aparıb və nişan olmamasını görüb. Məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini deyən sürücü cərimənin silinməsini istədiyini bildirib.
Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirdi ki, 20.12.2024-cü il tarixdə sürücü barəsində elektron qaydada protokol tərtib edilən zaman qeyd edilən ərazidə 3.27 yol nişanı mövcud olub:
"Daha sonra aidiyyəti qurum tərəfindən yol nişanı ərazidən götürülüb. Sürücü barəsində tərtib edilən protokolda hər hansı bir yanlışlıq yoxdur".
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










