Bakıda taksi duracağı zəbt olundu: Polis hərəkətə keçdi - VİDEO

Qaydalar 5 Fevral 2026 12:36
Bakıda taksi duracağı zəbt olundu: Polis hərəkətə keçdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məsələyə aydınlıq gətirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, sözügedən ərazidə taksilərin duracaq yerində saxlayan digər nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

"Yol hərəkəti haqqında" Qanunun (YHQ) 52-ci maddəsinə əsasən 5.14 "Minik taksilərinin duracaq yeri" yol nişanı quraşdırılan ərazi taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin dayanması və durması üçün nəzərdə tutulub. Bu səbəbdən digər avtomobillərin həmin yol nişanının təsir zonasında dayanması və durması qadağandır. Bu cür hal öz növbəsində inzibati məsuliyyət yaradır və sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən 2 cərimə balı və 40 manat məbləğində cərimə tətbiq olunur", - deyə T.Nəsirli bildirib./oxu.az

***

Paytaxtın Xocalı prospektində, “Dəmirçi Plaza”nın qarşısında qayda pozan sürücülər görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, taksi sürücülərindən biri baş verən xoşagəlməz vəziyyəti lentə alaraq sosial şəbəkə hesabında paylaşıb.

Videodan göründüyü kimi, H 012 555 dövlət nömrə nişanlı “Toyota” markalı, “Audi” markalı, 77-VB-581 dövlət nömrə nişanlı “KIA” markalı və 90-PO-079 dövlət nömrə nişanlı “Changan” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini taksilər üçün ayrılmış dayanacaqda saxlayıblar.

Şikayətçinin sözlərinə görə, bu hal ərazidə demək olar ki, hər gün təkrarlanır: “Dayanacaqda yad avtomobillər saxlandığı üçün taksi sürücüləri müştəri götürə bilmir. Biz taksi fəaliyyəti ilə məşğuluq, vergi ödəyirik, amma bu cür hallara görə işləmək mümkün olmur. Qayda pozan sürücülərlə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edirik”, – deyə o bildirib.

Nərmin

Oxunub 564
ŞƏRH YAZ
Ad

E-mail

Şərh