Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO

Paytaxtın Nərimanov rayonu, Əlövsət Əbdürrəhimov küçəsində kobud qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 13-də saat 11:57 radələrində qeydə alınıb.
Videodan göründüyü kimi, sıxlıqdan yayınaraq irəlidə hərəkət etmək istəyən 90-VX-084 dövlət nömrə nişanlı “Seat” markalı avtomobilin sürücüsü əks yola çıxır.
Lakin o, qarşı tərəfdən yol patrul xidməti maşınının yaxınlaşdığını gördüyü üçün qoşa xəttin tələbini pozaraq yenidən öz zolağına qayıdır.
Buna baxmayaraq, yol polisi qayda pozan sürücünü saxlayaraq hadisə yerində inzibati qaydada cərimələyir.
Qeyd edək ki, sıxlıq zamanı üstünlük qazanmaq məqsədilə əks yola çıxmaq yalnız qayda pozuntusu deyil, həm də qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riskini artırır.
Belə hallarda bir neçə dəqiqə vaxt qazanmaq cəhdi həm sürücünün özü, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yarada bilər.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












